l 1

Azərbaycan güləşçisi Eldəniz Əzizli Astanada keçirilən dünya çempionatında qızıl medal qazanıb.

Globalinfo.az xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda iranlı Payam Əhmədiyə 3:1 hesabı ilə qalib gələrək beşqat dünya çempionu olub.

Qeyd edək ki, bu gün Sənan Süleymanov (77 kq) da finalda moldovalı Aleksandrin Qutu ilə qarşılaşacaq.

Paylaş: