Bakıda kafedə bir nəfərin ölümü ilə nəticələnən kütləvi insidentlə bağlı saxlanılan deputat Arzuxan Əli-zadənin oğlu Əhməd Əli-zadə barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə başqa məhkəmədə baxılacaq.
Globalinfo.az xəbər verir ki, Əhməd Arzuxan oğlu Əli-zadə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat və vəsatətə baxan hakimlər özlərinə etiraz ediblər.
Xətai Rayon Məhkəməsi hakimlərinin öz-özlərinə etirazına görə iş Bakı Apellyasiya Məhkəməsinə göndərilib.
Xətai hakimlərinin öz-özlərinə etiraz səbəbi isə Əhməd Əlizadənin qardaşı Orxan Əlizadənin də eyni məhkəmənin hakimi olmasıdır.
Apellyasiya Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri təqdimatına Nizami Rayon Məhkəməsində baxılması qərara alınıb.
Qeyd edək ki, Əhməd Əli-zadəyə Cinayət Məcəlləsinin 218.1, 218.2, 234.4.1, 234.4.3, 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə ittiham irəli sürülüb.