İlon Musk: Zukerberqlə davamız canlı yayımlanacaq

“Tesla” və Space X” şirkətinin qurucusu, milyarder İlon Mask “Meta” şirkətinin rəhbəri Mark Zukerberqlə qarşılaşacağı qəfəs döyüşünün canlı yayımlanacağını bildirib. 

Globalinfo.az xəbər verir ki, o döyüşün hansı tarixdə gərçəkləşəcəyini açıqlamayıb.

Məkan olaraq Las Veqasda təşkil ediləcək döyüşün bütün gəlirləri isə müharibə qazilərinə bağışlanacaq.