Planetin ən varlı adamı bəlli oldu

“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri, amerikalı iş adamı İlon Mask növbəti dəfə dünyanın ən varlı adamı seçilib. 

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, “Bloomberg” agentliyinin məlumatına görə, Maskın sərvəti 187,1 milyard dollardır.

O, sərvəti 185,3 milyard dollar olan LVMH (Louis Vuitton Moet Hennessy, “Louis Vuitton – Moet – Hennessy”) şirkətlər qrupunun prezidenti Bernard Arnonu geridə qoyaraq, yenidən planetin ən varlı adamı statusunu qazanıb.