İlon Mask seçkilərdə onu dəstəkləyəcək

Amerikalı iş adamı İlon Mask ABŞ prezidentliyinə namizədlərdən kimi dəstəklədiyini açıqlayıb. Mask bu barədə “Twitter” hesabında məlumat verib.

Globalinfo.az-ın Oxu.az-a istinadən verdiyi xəbərə görə, o bildirib ki, 2024-cü ildə namizədliyini irəli sürmək qərarına gəlsə, Florida ştatının qubernatoru Ron Desantisi dəstəkləyəcək.

Milyarder qeyd edib ki, o, əvvəllər demokrat Barak Obamanı da dəstəkləyib. Həmçinin, istəksiz də olsa, demokrat Co Baydenə səs verib. Mask respublikaçı Donald Trampa isə üstünlük vermədiyini əlavə edib.

“Ancaq söz azadlığı güclü demokratiyanın əsasıdır və bu, prioritet təşkil etməlidir. Mən 2024-cü ildə prezident postuna namizəd kimi ağıllı adama üstünlük verirəm. Ümid edirdim ki, Bayden administrasiyası belə olacaq, amma indiyə qədər bununla bağlı məyusluq yaşadım”, – deyə Mask vurğulayıb.