İlon Mask oğlunun adını dəyişdi – Səbəb

Amerikalı milyarder İlon Mask oğlunun adını dəyişib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Independent” qəzeti yazıb.

Bildirilir ki, milyarderin oğlunun adı – “X Æ A-12 Mask” Kalifroniya qanunlarına uyğun gəlməyib. Belə ki, yerli qanunlara əsasən insanların adları ingilis əlifbasının 26 hərfindən və müxtəlif işarələrdən ibarət olmalıdır.

Nəşr qeyd edib ki, İlon Maskın övladının adı “X AE A-XII Mask” olaraq dəyişdirilib. Burada “X” uşağın ilk adı, “AE A-XII” ikinci adı, “Mask” isə soyadıdır.

Qeyd edək ki, uşağın adında istifadə edilən “X” riyaziyyatda naməlum dəyişəni təmsil edir, “Æ” isə süni intellektin elf dilində yazı formasıdır və müxtəlif dillərə “sevgi” kimi tərcümə edilir. “A-12” SR-71 təyyarəsinin sələfinə aiddir.