
“SpaceX” şirkəti gələn il Marsa robot göndərəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə amerikalı iş adamı, milyarder İlon Mask sosial media hesabında paylaşım edib.
O qeyd edib ki, “Starship” raketi 2026-cı ildə Marsa uçacaq və göyərtədə insanabənzər robot “Tesla Optimus” olacaq. Maskın sözlərinə görə, hər şey planlaşdırıldığı kimi uğurla başa çatarsa, 2029-cu ildə Marsa insanların da göndərilməsinə başlamaq olar.
Xatırladaq ki, daha bu il “Starship” iki uğursuz buraxılış həyata keçirib. Sonuncu dəfə martın 6-da raket startda dərhal sonra partlayıb.
Aysel Əliyeva
Globalinfo.az