thumbs b c 41b16ec0c40050c7946593cb262e9c91

İsrail ABŞ-dan 8,7 milyard dollarlıq hərbi yardım paketi alıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, 3,5 milyard dollar mühüm hərbi satınalmalara, 5,2 milyard dollar isə “Dəmir Qübbə” və qabaqcıl lazer sistemi daxil olmaqla hava hücumundan müdafiə sistemlərinə xərclənib.

Qeyd olunur ki, İsrail hazırda iki cəbhədə (Qəzzada Fələstinin Həmas və Livanda Hizbullah) mübarizə aparır.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: