İlon Mask Bakıya gəlməyəcək?

ABŞ-ın “Space X” və TESLA şirkətinin rəhbəri İlon Mask (Elon Musk) Bakıya gəlməyəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə İT mütəxəssisi Fərid Pərdəşünas məlumat yayıb.

“Elon Muskın Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresində iştirakı barəsində məsələ rəsmi dəqiqləşdi. Musk Bakıda keçirilən konqresdə çıxış edəcək, lakin virtual şəkildə qoşulacaq”, – deyə F.Pərdəşünas deyib.

Zaira Akifqızı
Globalinfo.az