Tiflisdə aksiyalar başladı: Etirazçılar Rustaveli prospektinə gedirlər

Gürcüstan parlamentinin binası qarşısında tələbələrin etiraz aksiyası başlayıb.

Globalinfo.az xəbər verir ki, onlar seçkilərin nəticələrinə etirazlarını bildirirlər.

Onlar müxalifətin seçkiləri legitim tanımadığını bildiriblər və təkrar səsvermənin keçirilməsi tələbi ilə Rustaveli prospektinə yürüş ediblər.

Tələbələr mitinqə Gürcüstan və Avropa İttifaqının bayraqları ilə gəliblər.

“Gürcüstan gəncləri Rusiyanı deyil, Avropa yolunu seçiblər və sovet keçmişinə qayıtmaq istəmirlər. Odur ki, biz “Gürcü arzusu” partiyasının təklif etdiyi reallıqlarla barışmayacağıq. Hakimiyyət azadlığımızı, demokratiyanı, səsvermə hüququmuzu əlimizdən alır. Biz Avropa sivilizasiyasında yaşamaq istəyirik. Azad, vahid, müstəqil Gürcüstan qalib gələnə qədər mübarizə aparacağıq”, – deyə etiraz edən gənclər bildiriblər.

Müşviq Tofiqoğlu
Globalinfo.az