Xəbər verdiyimiz kimi, Türkiyənin İzmir şəhərində polis məntəqəsinə hücum edərək iki nəfəri qətlə yetirən 16 yaşlı yeniyetmə saxlanılıb, lakin daha sonra xəstəxanada həyatını itirib.
Globalinfo.az xəbər verir ki, yeniyetmənin ailəsinin açıqlamaları ictimaiyyətdə rezonans doğurub.
Ailə yeniyetmənin son zamanlarda hərəkətlərinin dəyişdiyini bildirib:
“Övladının belə bir şey etməsini heç kim istəməz. Son zamanlarda çox fərqli saytlara girirdi. Anası onu qorxutdu, “səni polisə şikayət edəcəm” dedi. Hamımıza “siz kafirsiz” deyirdi. Radikallaşmışdı. Davamlı olaraq namaz qılırdı. Normalda çox qorxaq uşaq idi, belə bir addım atması bizi şoka saldı. Kaş ki, izlədiyi saytları polisə xəbər versəydik. Telefonu yoxlanıldıqdan sonra kimlərlə əlaqə saxladığı ortaya çıxacaq”.
Əliyar Xəlil
Globalinfo.az