polisturkiye 744x403 1

Türkiyədə polis bölməsinə silahlı hücum edən 16 yaşlı oğlan reanimasiyadadır.

Globalinfo.az xəbər verir ki, yerli medianın məlumatına görə, bu gün səhər saatlarında 2 polisin şəhid olduğu, 6 nəfərin yaralandığı silahlı hücumu törədən şəxsin ölüm xəbəri təkzib edilib.

***13:05

Türkiyədə polis bölməsinə silahlı hücum edən 16 yaşlı oğlan xəstəxanada ölüb.

Globalinfo.az xəbər verir ki, bu barədə yerli mediada məlumat yayılıb.

***12:03

İzmirdə polis məntəqəsinə silahlı hücum edən şəxs saxlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya məlumat paylaşıb.

Nazir bildirib ki, İzmirdə 2 polisin şəhid olduğu, 2 polisin yaralandığı silahlı hücumun şübhəlisi E.B. (16 yaş) tutulub.

***11:03

İzmirdə polis idarəsinə hücum edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Bildirilib ki, iki polis əməkdaşı həlak olub, biri isə ağır yaralanıb.

Hücumun 16 yaşlı gənc tərəfindən törədildiyi vurğulanır.

İlkin məlumata görə, o, hücumu ov tüfəngi ilə həyata keçirib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: