İki erməni zabit 44 günlük savaşdakı təşvişə görə tutuldu

Ermənistan ordusunun iki yüksəkçinli zabiti həbs olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunur ki, həbs olunan korpus komandirinin müavini və hərbi hissə komandirinin müavini şəxsi heyət arasında təşviş salmaq üçün plan hazırlamaqda ittiham olunurlar.

Onların bu əməli 2020-ci ildə 44 günlük müharibə zamanı törətdiyi bildirilir.