III Avropa Oyunları: bokçumuz erməniyə və yunana qalib gəldi – FOTO

 

Azərbaycan boksçusu Məhəmməd Abdullayev də (+92 kq) Polşada keçirilən III Avropa Oyunlarının yarımfinal mərhələsinə yüksəlib.

Dünya çempionatının mükafatçısı dörddəbir finalda Stilianos Pouliasla (Yunanıstan) üz-üzə gəlib.

Görüş boksçumuzun qələbəsi ilə başa çatıb. M.Abdullayev rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib.

O, yarımfinala çıxmaqla özü üçün ən azı bürünc medalı təmin edib.

*** 17:49

Polşada keçirilən III Avropa Oyunları davam edir.

Globalinfo.az xəbər verir ki, əslən Tərtər rayonundan olan 20 yaşlı boksçumuz Murad Allahverdiyev III Avropa Oyunlarında erməniyə qalib gələrək yarımfinala yüksəlib.

İdmançımız 3 raundun hər birində erməni rəqibini üstələyib.

Qeyd edək ki, M.Allahverdiyev 7 qat Azərbaycan çempionu və Avropa Çempionatının qızıl medalçısıdır.

No description available.

Zaira Akifqızı
Globalinfo.az