İctimai fəal, uzun müddət bank sektorundə və digər özəl şirkətlərdə rəhbər vəzifələr tutmuş, son olaraq ANAMA-da çalışmış Səbuhi Nəsrullayev vəfat edib.
Globalinfo.az “Qafqazinfo”ya istinadən bildirir ki, S.Nəsrullayev mayın 28-də Cəbrayıl rayonu ərazisində ağır yol qəzasına düşüb.
Pikap tipli avtomobilin qəzaya uğraması nəticəsində ağır xəsarətlər alan S.Nəsrullayev dünyasını dəyişib.
Faktla bağlı araşdırmalar aparılır.