Hulusi Akar zərərsizləşdirdikləri terrorçuların sayını açıqladı

“Bu gün 3 terrorçu məhv edilməklə birgə son günlərdə 13 PKK-lı terrorçu zərərsizləşdirilib”.

Globalinfo.az bildirir ki, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar bildirib.

O, “Pençe Kilit” əməliyyatı başlayandan indiyədək 480 terrorçunun zərərsizləşdirildiyini qeyd edib.