byr 0

Ölkənin bütün bölgələrində olduğu kimi, Gəncə şəhərində də 9 Noyabr  – Dövlət Bayrağı Gününə həsr olunmuş yürüş baş tutub.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yürüş Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və Quru Qoşunların Komandanlığının təşkilatçılığı ilə baş tutub.

Hərbi orkestrin müşayiəti ilə keçirilən yürüş şəhərin Nizami Gəncəvi prospektindən başlayaraq, Heydər Əliyev və Atatürk prospektləri ilə davam edib.

Yürüş hər kəs tərəfindən böyük coşqu ilə qarşılanıb.

66f31462 5ad4 48ee b272 cfdc49d36fe3
d6c643c4 2bcb 4278 adf4 495d477f04fc
ff9d8cf2 cd4f 45d4 8df1 bd2891886892

Paylaş: