Tanınmış jurnalist, publisist Hidayət Elvüsal vəfat edib.
Globalinfo.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.
O, 1949-cu il iyunun 25-də Kəlbəcərdə doğulub. Bir sıra mətbu orqanlarda fəaliyyət göstərib. Kəlbəcərdə çıxan “Yenilik” rayon qəzetində, yerli radio verilişləri redaksiyasında çalışmaqla bərabər, Azərbaycan Dövlət Radiosu ilə əməkdaşlıq edib. Daha sonra “Azərbaycan gəncləri”, “Kommunist” (indiki “Xalq qəzeti”) qəzetlərində işləyib. “Səhər” qəzetinin yaradıcılarından biri, baş redaktorun müavini, “Belə-belə işlər”, “Kriminal” qəzetlərinin baş redaktoru olub. Dövri mətbuatda oçerkləri, müsahibə və reportajları, hekayə və povestləri ilə çıxış edib.