zengezur dehliz 24

“Cənubi Qafqaz və Qara dəniz regionu Türkiyə xarici siyasətində bir nömrəli prioritetə çevrilib”.

Globalinfo.az xəbər verir ki, bunu erməni türkoloq Varujan Geqamyan deyib.

O qeyd edib ki, türklər ən yaxşı resurslarını qarşılarındakı problemi həll etməyə yönəldəcəklər:

“Problem isə onların təsirlərini Qafqazda artırmaları və “türk zonası” deyilən böyük bölgədə güclənmələridir. Onlar regional supergüc olmaq istəyirlər. Zəngəzur dəhlizi isə bu yolda əsas hədəflərdən biridir. Ona görə də yaxın aylarda türklərin Ermənistana təzyiqi güclənəcək”, – o bildirib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: