Köçəryandan delimitasiya açıqlaması: “Mübahisəli ərazilərə çatanda…”

“Mübahisəli ərazilərə çatanda danışıqlar başlayacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin müdafiə və milli təhlükəsizlik komissiyasının rəhbəri Andranik Köçəryan sərhədin delimitasiyasından danışarkən deyib.

O bildirib ki, Tavuşda delimitasiya prosesi başa çatdıqdan sonra sərhəd ərazilər sərhədçilər tərəfindən mühafizə olunacaq. Bundan sonra, sərhədin bütün perimetri boyunca proses davam edəcək.

“İş mübahisəli ərazilərə çatanda danışıqlar başlayacaq ki, sərhədlər düzgün çəkilsin və tərəflər onlara məxsus əraziləri qəbul etsin. Hətta mübahisəli ərazilərin delimitasiya prosesindən müvəqqəti olaraq yan keçilməsi də mümkündür. Amma biz hansı ərazinin bizə, hansının Azərbaycana məxsus olduğu haqda fikir bildirmirik. Bunun üçün çoxlu hüquqi sənədlər və xəritələr var”, – deyə Köçəryan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az