457985

“Qarşıdan gələn növbədənkanar parlament seçkilərində biz də iştirak edəcəyik”.

Bu sözləri Globalinfo.az-a Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

O, 20 nəfərin öz namizədliyini irəli sürdüyünü bildirib:

“Artıq bu gün siyasi şuranın qərarı hazırlandı. Sabah saat 11-də iclas keçiriləcək, müzakirələr aparılacaq. Partiya olaraq seçkilərə qatılacağıq. Amma mənim namizədliyimi irəli sürüb-sürməyəcəyim məlum deyil. Hər şey sabah keçiriləcək iclasdan asılıdır. Razılıq verilsə, namizədliyimi irəli sürəcəyəm, verilməsə, yox. 20 nəfər namizədliyini irəli sürməyi düşünür. Görək, onların şansı nə qədərdir”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: