Hadı Rəcəblinin ölüm səbəbi bəlli oldu

Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəbli bu gün səhər saatlarında ürəktutmasından vəfat edib.

Globalinfo.az bildirir ki, bunu “Report”a açıqlamasında məhrum sabiq deputatın qardaşı İqbal Rəcəbli məlumat verib.

Onun sözlərinə görə, Hadı Rəcəbli Bakıda dəfn ediləcək və onunla vida mərasimi Təzə Pir məscidində baş tutacaq.