Hadı Rəcəbli vəfat etdi

Azərbaycanda keçmiş millət vəkili Hadı Rəcəbli vəfat edib.

Globalinfo.az bildirir ki, məlumatı “Report”a mərhumun ailəsi təsdiq edib.

O, bu gün 76 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, TƏBİB də Hadı Rəcəblinin vəfatı ilə bağlı məlumat yayıb:

“Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəblinin səhhətinin pisləşməsi ilə əlaqədar 17.04.2024-cü il tarixində saat 06:38 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb edilib.

Hadı Rəcəblinin həkiməqədər ölümü qeydə alınıb”.