Güləşçimiz yerə çırpdığı erməni ilə yenidən qarşılaşacaq – VİDEO

Xorvatiyanın paytaxtı Zaqrebdəki güləş üzrə Avropa çempionatı davam edir. 

Globalinfo.az Offsideplus.az-a istinadən xəbər verir ki, Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov (63 kq) Yakopo Sandrona (İtaliya) qalib gələrək yarımfinala yüksəlib. Güləşçimiz bu mərhələdə Qraçya Poqosyanla qarşılaşacaq.

Yarımfinal görüşləri 19:00-dan etibarən başlayacaq.

Qeyd edək ki, Taleh Məmmədov 2022-ci ilin sentyabrında Belqraddakı dünya çempionatında Ermənistan təmsilçisi Qraçya Poqosyana 10:4 hesabı ilə qalib gələrək bürünc medal qazanmışdı.

Təmsilçimizin dünya çempionatında bürünc medal əldə etdiyi görüşü təqdim edirik: