Güclü külək Goranboyda fəsadlar törətdi – FOTOLAR

Goranboy rayonunda günün ikinci yarısından başlayaraq əsən güclü külək bəzi fəsadlar törədib.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, rayonun Boluslu, Məşədiqaralar, Eyvazlılar və daha bir neçə kənddə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Həmçinin Goranboy-Ağcakənd yol kənarında və İrəvanlı kəndində bir neçə ağac aşıb.

Hazırda başqa fəsadların olub-olmadığı ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.