Gözlənilməz qərar: Bu, Ermənistan məktəblərində qadağan edildi

Ermənistanın yeni təyin olunmuş təhsil naziri məktəblərdə bütün növ hərbi-vətənpərvərlik məşğələlərini qadağan edib.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “Joxovurd” qəzeti yayıb.

Qəzet bu barədə əmrin İrəvan merinin müavininə və digər bölgələrin baş katiblərinə göndərildiyini bildirib. Bunun sayəsində Ermənistan məktəblərinin “Kommandos” hərbi idman klub, “Zark”, “Pokr Mqer” kimi təşkilatlarla müqaviləsinin dayandırılacağı vurğulanıb.

Qeyd edək ki, Ermənistanın yeni təhsil naziri Janna Andreasyandır. Qərbyönlü baxışları ilə seçilən Andreasyan Paşinyanın yaxın adamlarındandır.

Zaira Akifqızı
Globalinfo.az