Bakının bombardmanına çağıran rus politoloqdan gülünc çıxış

Azərbaycanın cinayət işi açdığı rusiyalı politoloq Mixail Aleksandrov Bakıya qarşı hücuma başlayıb.

Globalinfo.az xəbər verir ki, rusiyalı ekspert onu bir zamanlar çalışdığı Moskva Beynəlxalq Münasibətlər İnstitutundan qovan rektor Anatoli Torkunovu “Azərbaycanın Rusiyadakı əsas lobbiçilərindən biri” adlandırıb.

Aleksandrov guya onun universitetdən məhz Bakıdan gələn tapşırıq əsasında qovulduğunu iddia edib:

“Nəticədə biz ölkənin əsas universitetindəki rektor vəzifəsində vətənpərvərə yox, Azərbaycanın maraqlarının lobbiçisinə sahibik. Bu, Rusiyanın milli maraqlarına birbaşa zərərdir”.

Qeyd edək ki, Aleksandrov Bakının bombardman edilməsinə çağırışdan sonra iki ölkə arasında münasibətlərə zərər vurmaq iddiası ilə çalışdığı idarədən uzaqlaşdırılmışdı. Bundan sonra Azərbaycan Baş Prokurorluğu Aleksandrova qarşı cinayət işi açmışdı.

Gülnar Səlimova
Globalinfo.az