Göygöldə qəza: ölən var

6803e4515a0d16803e4515a0d217450855216803e4515a0cf6803e4515a0d0

Göygöldə evakuatorun vurub öldürdüyü piyadanın kimliyi məlum olub.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, hadisə nəticəsində həyatını itirən piyada Daşkəsən rayonunun Xoşbulaq kəndində qeydiyyatda olan 1959-cu il təvəllüdlü M. Abdullayevdir.

***

22:09

Göygöl rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, qəza rayonun Yeni Qızılca kəndində qeydə alınıb.

Hərəkətdə olan evakuator yolu keçmək istəyən orta yaşlı kişini vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Hazırda onun şəxsiyyəti müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.