2255a9f3

Türkiyədə sosial şəbəkədəki canlı yayım zamanı dövlətə və hüquq-mühafizə orqanlarına qarşı təhqiramiz ifadələr səsləndirən şəxs polis əməliyyatı ilə saxlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, Mehmet Uğur Yumuşak “TikTok” platformasında açdığı canlı yayımda Türkiyə dövlətini, dövlət qurumlarını, Polis Təşkilatını və şəhid hərbçiləri təhqir edib.

Hatay Polis İdarəsinin əməkdaşları səhər saatlarında keçirdikləri əməliyyat zamanı şübhəlini saxlayıblar. Araşdırma zamanı onun barəsində bir cinsi təcavüz, iki isə təhdid və təhqirlə bağlı olmaqla, ümumilikdə üç cinayət qeydinin olduğu müəyyən edilib.

Şəxslə bağlı hüquqi prosedurlara başlanılıb.

Yayılan videogörüntülərdə Mehmet Uğur Yumuşağın bir müddət əvvəl helikopter qəzasında həlak olan beş hərbçini təhqir etdiyi görünür. O, canlı yayım zamanı “Məni həbs edin, gəlin. Məni həbs edə biləcək heç bir dövlət tanımıram”, – deyə bildirib.

Paylaş: