Azərbaycan və Pakistanın ali məhkəmələri arasında məhkəmə sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan anlaşma memorandumu imzalanacaq.
Globalinfo.az “Islamabad Post”a istinadən xəbər verir ki, bu barədə Pakistan hökumətinin nümayəndəsi məlumat verib.
Sənədin imzalanma mərasimi dekabrın 2-də İslamabadda keçiriləcək. Memorandumu Pakistan Ali Məhkəməsinin sədri Yəhya Əfridi və Azərbaycan Ali Məhkəməsinin sədri İnam Kərimov imzalayacaqlar.
Bəyanatda bildirilib ki, razılaşmanın əsas məqsədi iki ölkənin ali məhkəmə orqanları arasında institusional əlaqələri möhkəmləndirmək və qarşılıqlı əməkdaşlığı inkişaf etdirməkdir.
Memorandum çərçivəsində məhkəmə təcrübəsinin, peşəkar biliklərin və qabaqcıl təcrübələrin mübadiləsi də nəzərdə tutulur.