
Növbəti tədris ilindən məktəbli formaları qaydalarda göstərilən standartlara uyğun olacaq.
Globalinfo.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev 2022-2023-cü tədris ilinin yekunları, növbəti tədris ili üzrə gözləntilər və digər məsələlərlə bağlı media nümayəndələri ilə keçirilən maarifləndirici görüşdə deyib.
“Formaların olub-olmayacağını məktəblərin pedaqoji şuraları müəyyən edir. Məktəb deyə bilər ki, “forma istəmirik”. Bu mümkündür. Burada heç bir məcburiyyət olmayacaq”.