8

İraq İranla sərhədin Hoveyze bataqlıqları ərazisindən keçən hissəsində müdafiə tədbirlərini gücləndirir. Məqsəd qaçaqmalçılığın və ölkə ərazisinə qanunsuz keçidlərin qarşısını almaqdır.

Globalinfo.az xəbər verir ki, bu barədə “Əl Cəzirə” İraq Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, işlər uzunluğu 50 kilometrdən çox olan Hoveyze bataqlıqları ərazisində aparılır.

Nazirlikdən qeyd olunub ki, İraqın sərhəd zastavalarının bataqlıqlardan bir neçə kilometr aralıda yerləşməsi müəyyən ərazilərdə təhlükəsizlik baxımından boşluqlar yaradır. Bu vəziyyətdən qaçaqmalçılar və sərhədi qanunsuz keçən şəxslər istifadə edə bilərlər.

Sərhəd təhlükəsizliyini gücləndirmək məqsədilə hərbçilər ərazidə bir neçə metr hündürlüyündə torpaq bənd inşa ediblər. Hazırda bənd üzərində əlavə müdafiə qurğularının tikintisinə başlanılıb.

İraq Daxili İşlər Nazirliyi Hoveyze bataqlıqları istiqamətində kompleks sərhəd təhlükəsizliyi sisteminin yaradılması üzrə işlərin davam etdiyini açıqlayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: