01K3VJGHGRZPM8CKNA3ZQCMQS9

Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə pilotsuz uçuş aparatları ilə hücumu nəticəsində bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Globalinfo.az “Unian”a istinadən xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyası məlumat yayıb.

Bildirilib ki, hücum zamanı bir qadın həyatını itirib. Xəsarət alanlar arasında azyaşlı uşaq da var.

Zərbələr nəticəsində paytaxtın Şevçenkovski rayonunda avtomobil yanıb, dron qalıqları isə uşaq bağçasının ərazisinə düşüb. Hadisə səbəbindən həm uşaq bağçasının, həm də yaxınlıqdakı beşmərtəbəli yaşayış binasının pəncərələrinin şüşələri qırılıb.

Solomenski rayonunda yerləşən inzibati binaya da ziyan dəyib.

Əliyar Xəlil,

Globalinfo.az 

Paylaş: