Gürcüstanın paytaxtı Tbilisidə müxalifət tərəfdarları və vətəndaş fəalları hökumət əleyhinə mitinq keçiriblər.
Globalinfo.az xəbər verir ki, aksiyada bir neçə yüz nəfər iştirak edib.
Nümayiş Gürcüstan hakimiyyətinin Avropa İttifaqına üzvlüklə bağlı danışıqların başlanması məsələsini təxirə salmaq qərarının ikinci ildönümünə həsr olunub.
Aksiya iştirakçıları şəhərin bir neçə nöqtəsində toplaşdıqdan sonra Gürcüstan və Avropa İttifaqının bayraqları ilə Azadlıq meydanına doğru yürüş ediblər.
Yürüşün keçirildiyi marşrutlar üzrə avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Əliyar Xəlil