Göygöldə ağır qəza: ölən var

Şəmkirdən Bakı istiqamətinə sərnişin daşıyan “Mercedes Vito” markalı mikroavtobusun Göygöl rayonunda yük maşını ilə toqquşması nəticəsində ölən və xəsarət alanların adları məlum olub.

Globalinfo.az bildirir ki, hadisə nəticəsində Şəmkir rayon sakini, 1981-ci il təvəllüdlü Duman Abdullayev ölüb. Hadisə zamanı habelə Şəmkir rayon sakinləri, 1965-ci il təvəllüdlü X.İsayeva və 1985-ci il təvəllüdlü V.Babayev, 1994-cü il təvəllüdlü M.Məmmədli, 1972-ci il təvəllüdlü Q.Musayev, 1993-cü il təvəllüdlü A.Qssımov və 2004-cü il təvəllüdlü E.Musalı xəsarət alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb. Onların vəziyyətləri orta-ağır və ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.