Əhalinin NƏZƏRİNƏ: 12-18 fevral tarixlərində… – DİQQƏT

Kosmik hava proqnozu açıqlanıb.

Şamaxı Astrofizika Rəsədxanasından Globalinfo.az-a verilən xəbərə görə, proqnoz günlərində (12-18 fevral) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 65%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 20% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton selinin isə TKA təsiri nəticəsində yenidən S1 səviyyəsinə yüksələcəyi gözlənilir.

Günəş küləyi sürətinin 08 və 10 fevralda baş vermiş TKA-nın təsiri ilə artacağı gözlənilir.

Geomaqnit sahəsi – 08 və 10 fevralda baş vermiş TKA təsiri ilə 12-14 fevral tarixlərində geomaqnit sahəsinin aktivliyinin artması və G1 (zəif) – G2 (orta) səviyyəli geomaqnit qasırğası gözlənilir.