Bakıda sirkədən zəhərlənən gənc oğlan xəstəxanaya yerləşdirilib.
Globalinfo.az xəbər verir ki, hadisə Nizami rayonu Keşlə qəsəbəsi Kazımov küçəsində baş verib. Həmin küçədəki evdə yaşayan 1998-ci il təvəllüdlü Sadiq İsayev gecə saat 04 radələrində su içmək üçün yuxudan durub. O, yuxulu halda sirkə turşusunu su bilərək içib. 24 yaşlı oğlana dərhal tibbi yardım göstərilib və onun həyatına təhlükə qalmayıb.
Faktla bağlı araşdırma aparılır.
Malik
Globalinfo.az