Fransada kimyəvi zavodda daha bir dəhşətli partlayış: yaralanan var – VİDEO

Fransanın şimal-qərbində yerləşən “Saipol” zavodunda partlayış olub.

Globalinfo.az xəbər verir ki, müəssisədə partlayışdan sonra güclü yanğın başlayıb.

“Saipol” zavodunda etanol çəni alışıb. Böyük yanğın bütün binanı əhatə edib. Bir nəfər yaralanıb.

Təcili yardım xidmətləri hadisə yerinə cəlb olunub.

Şəhərin üzərini nəhəng boz tüstü alıb.

Qeyd edilib ki, zavod insan sağlamlığına təhlükə törədən maddə istehsal edir. Müəssisə potensial təhlükəli xammala görə dövlət nəzarəti altındadır.

Qeyd edək ki, “Saipol” zavodunda 2020-ci ilin mart ayında da partlayış baş vermişdi.