Hindistanda göyərtəsində 110 sərnişin və ekipaj üzvünün olduğu “IndiGo” aviaşirkətinə məxsus təyyarə uçuş zamanı ildırımın zərbəsinə məruz qalıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Times of India” məlumat yayıb.
Hadisə hava gəmisinin Laknau hava limanına eniş üçün yaxınlaşdığı zaman baş verib. Zərbə nəticəsində təyyarənin hava radarını qoruyan ön hissəsindəki burun konusuna ziyan dəyib.
Buna baxmayaraq, pilotlar vəziyyətə nəzarəti saxlayaraq hava gəmisini təhlükəsiz şəkildə hava limanına endiriblər. Təyyarə hətta nəzərdə tutulan vaxtdan 8 dəqiqə əvvəl eniş edib.
Safura Bənnayeva
Globalinfo.az