“Los-Anceles və San-Diyeqo şəhərlərinin məhv edilməsinə imkan verməyəcəm”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Texas ştatının San-Antonio şəhərində keçirilən seçkiqabağı mitinqdə çıxışı zamanı deyib.
“Ötən gün mən artıq bu barədə danışmışdım. Qoy onlar (İran – red.) San-Diyeqoya və ya Los-Ancelesə raket zərbəsi endirsinlər. Biz buna imkan verməyəcəyik. Şəhərlərimizi, ölkəmizi qoruyacağıq”, – deyə o bildirib.
Qeyd edək ki, bundan əvvəl Tramp İranla qarşıdurma zamanı iki böyük şəhərin məhv edilə biləcəyini istisna etməmişdi. Sözügedən açıqlama ABŞ-da rezonans doğurmuşdu.
Daha sonra Ağ Evin kommunikasiya direktoru Stiven Çunq Trampın sözlərinə aydınlıq gətirmişdi. O bildirmişdi ki, Tramp Los-Anceles və San-Diyeqonun məhv edilməsindən danışarkən, ABŞ İrana qarşı hərbi əməliyyata başlamasaydı, həmin şəhərlərin hücuma məruz qala biləcəyini nəzərdə tutub.
Günay Rəsulqızı
Globalinfo.az