“Böyük mübadilənin səkkiz mərhələsi – iyunun əvvəlindən yüzlərlə insanımız vətənə qayıdıb”.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Telegram kanalında yazıb.
“Onların əksəriyyəti 2022-ci ildən əsirlikdə idi”, – deyə o bildirib.
Zelenski geri qaytarılanlar arasında təkcə hərbi qulluqçuların deyil, mülki şəxslərin də olduğunu əlavə edib:
“Hamını geri qaytarana qədər işimizi davam etdirəcəyik”.
Əliyar Xəlil
Globalinfo.az