a0d12136 502f 4435 8f83 797780656572

Qəzzada ağır yaralanan Fransa Xarici İşlər Nazirliyinin əməkdaşı bu gün vəfat edib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, dekabrın 13-də İsrailin Qəzza zolağının cənubundakı Rəfah şəhərindəki iqamətgaha hücumu nəticəsində nazirliyin əməkdaşı ağır yaralanıb. Yaralı fransız bu gün səhər saatlarında ölüb”.

Xatırladaq ki, Qəzzadakı Səhiyyə Nazirliyi İsrail-HƏMAS münaqişəsində 18 800 nəfərin öldüyünü, 51 000 nəfərin isə yaralandığını açıqlayıb.

Paylaş: