Fevralın 24-də böyük hadisələr olacaq – Ukrayna elan etdi

Fevralın 24-də Nyu Yorkda Moskvanı bu günü xatırlamağa vadar edəcək böyük hadisələr olacaq.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.

O bu tarixdə BMT-də bütün tədbirlərin Rusiya aqressiyasına həsr ediləcəyini bildirib:

“Çoxlu vacib siyasi siqnallar olacaq, sanksiyalarla bağlı qərarlar veriləcək. Bütün səviyyələrdə birlik nümayiş etdiriləcək. Rusiya bu günü dünyanın Ukraynaya qarşı aqressiyanın ildönümünü qeyd etdiyi tarix kimi xatırlayacaq”.

Kremlə qarşı siyasi təzyiqlərlə bərabər, iqtisadi təzyiqlər də güclənib. Belə ki, Qərb dövlətləri ilə yanaşı, digər ölkələr də Ukraynaya hərbi yardımları artırıblar. Xüsusilə Pakistan Kiyevə “Qrad” reaktiv sistemləri üçün 10 mindən çox mərmi göndərib. “Qrad”ların Ukraynaya Almaniya vasitəsilə çatdırılacağı vurğulanıb. Maraqlı məqam isə İslamabadın Ukraynaya son iki ayda ikinci dəfə yardım həyata keçirməsidir.

Bununla belə, Ukraynaya edilən yardımlar artıq öz bəhrəsini verməyə başlayıb. Belə ki, “Politiko” qəzeti Ukrayna ordusunun Uqledar yaxınlığında Rusiyanın Vladivostokdan olan 155-ci elit dəniz piyadaları briqadasını məhv edib. Briqada rəhbər heyəti ilə bir yerdə yox edilib və Moskva onu 3 dəfə yenidən komplektləşdirmək məcburiyyətində qalıb.

İlkin Həsənov
Globalinfo.az