i (1)

Saat 18:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir.

Globalinfo.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Belə ki, Abşeron yarımadasının bəzi yerlərinə, Kəlbəcər, Laçın, Daşkəsən, Gədəbəy, Şəki, Oğuz, Zaqatalaya (Əlibəy) arabir qar yağır.

“Narıncı” xəbərdarlığa uyğun olaraq küləyin sürəti Bakıda və Abşeron yarımadasında arabir 30 m/s, “sarı” xəbərdarlığa uyğun olaraq Naxçıvan MR-də 18 m/s, Şirvanda 15 m/s-yə çatıb.

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4,6 metrə çatıb.

Qax, Şəki (Kişçay), Lerik, Daşkəsən, Göygöl, Tovuz, Ağstafa, Gəncədə duman müşahidə olunur. Dumanda görünüş 500-1000 metrədək məhdudlaşıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2, Aran rayonlarında eləcə də Naxçıvan MR-də 6 dərəcəyədək isti, dağlıq rayonlarda 3, yüksək dağlıq ərazilərdə isə 14 dərəcəyədək şaxta qeydə alınıb.

 

Aysel Əliyeva

Globalinfo.az

Paylaş: