Əziz Əlibəylinin deputatlığa namizədliyi qeydə alındı – FOTO

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəylinin (Əliyev) deputatlığa namizədliyi qeydə alınıb.

Globalinfo.az  xəbər verir ki, onun namizədliyi 104 saylı Gədəbəy seçki dairəsindən irəli sürülüb.

Ə. Əlibəyliyə artıq namizədliyinin qeydə alınması barədə müvafiq vəsiqə də təqdim edilib.

“Bu vəsiqə Cənab Prezidentin müəyyən etdiyi “Yeni Vizyon” yolunda birgə əməyin nəticəsidir: Həm komandamızın üzvlərinin, həm də imzası ilə bizə könül verənlərin”, – deyə o, bildirib.