
Estoniya dekabrın 1-dən etibarən Rusiya ilə sərhəddə yerləşən bütün keçid məntəqələrinin fəaliyyətini dayandıracaq.
Globalinfo.az xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna açıqlayıb.
Nazir qərarın əsas məqsədinin Rusiyanın Estoniya ərazisində mümkün “düşmənçilik fəaliyyətinin” qarşısını almaq və tətbiq olunan beynəlxalq sanksiyalardan yayınma imkanlarını məhdudlaşdırmaq olduğunu bildirib.
Tsahkna, həmçinin qərarla bağlı Finlandiya, Latviya və Litvanın xarici işlər nazirlərini məlumatlandırıb.