Ermənistanı silkələyən həbslə bağlı YENİLİK – Azad edilir

Ermənistan Parlamentinin spikeri Alen Simonyanın qardaşı Karlen Simonyanın həyat yoldaşı Ani Gevorqyan azadlığa buraxılır. 

Globalinfo.az xəbər verir ki, vəzifə səlahiyyətlərindən sui-istifadəyə şərait yaratmaqda ittiham olunaraq barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilən Gevorqyanın sabah azadlığa çıxacağı bildirilir.

Məlumata görə, hüquq-mühafizə orqanlarının araşdırmanı davam etdirdiyi və Gevorqyanın hələlik azadlığa buraxılmaması barədə qərar qəbul edilsə də, bu nəticə sonradan dəyişdirilib.

İddia edilir ki, baş nazir Nikol Paşinyanın razılığı ilə Ermənistan parlamentində A.Gevorqyanın azadlığa buraxılması üçün imza toplanıb. Onun azyaşlı övladı olduğu üçün sərbəst qalmasına qərar verilib. Lakin istintaq tədbirləri o həbsdən buraxılsa da, davam edəcək.

Əliyar Xəlil
Globalinfo.az