Ermənistan parlamentinin sədri xəstəxanalıq oldu – FOTO

Ermənistan parlamentinin spikeri Alen Simonyan sürüşüb yıxılıb və nəticədə qolu zədələnib.

Globalinfo.az xəbər verir ki, bu barədə parlamentin mətbuat katibi Tsovinar Xaçatryan məlumat yayıb.

T.Xaçatryan bildirib ki, spiker hazırda həkim nəzarətindədir və vəziyyəti normaldır.

Qeyd edək ki, erməni mətbuatı Alen Simonyanın hökumət bağ evlərinin ərazisində, öz evinin yaxınlığında yıxıldığını yazıb.

Ayşən Mustafa

Globalinfo.az