2 2

Beyləqan rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 4 nəfər (kişi) 31.07.2026-cı il tarixində saat 18:00 radələrində Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlara bədənin çoxsaylı travması diaqnozu təyin edilib.

Xəsarət alan şəxslərə zəruri tibbi yardım göstərilib və ixtisaslı tibbi yardımın göstərilməsi üçün Saatlı Rayon Mərkəzi Xəstəxanasına və İmişli Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunublar.

Hadisə nəticəsində 1972-ci il təvəllüdlü şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.

***20:26

Beyləqan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az Report-a istinadla xəbər verir ki, iki minik avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb, üç nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qəza zamanı xəsarət alan Əlizamin Şəfa oğlu Əliyev, Zəfər Gülmirzə oğlu Məmmədov və Həsən Əbilqasım oğlu Həsənov Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hadisə nəticəsində avtomobildə olan Şəfa Süleyman oğlu Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: