“Ermənistan heç bir hərbi blokun üzvü olmamalıdır”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan “Deutsche Welle”yə müsahibəsində danışıb.
O qeyd edib ki, Ermənistan kiçik ölkədir və yerləşdiyi əraziyə uyğun olaraq rolu neytral olmalıdır.
“İrəvanın Rusiya, Brüssel, ABŞ və ya hər hansı digər tərəf üçün sövdələşmə predmeti olmasını istəmirik.
Ermənistan İran, Azərbaycan, Türkiyə və Gürcüstanın yanında yerləşir. Dörd tərəfdən bağlıdır, dənizə çıxışımız yoxdur”, – deyə Simonyan qeyd edib.
Onun sözlərinə görə, erməni xalqının tarixi ibrətamizdir:
“Keçmişin səhvlərini təkrarlamamalıyıq”.
Əliyar Xəlil
Globalinfo.az